Atama Məktub - MÜZAKİRƏLƏR
4 U  
Sizin Üçün
[Yeni Mesajlar· İştirakçılar· Forum Qaydaları· Axtar· RSS ]
Page 1 of 11
MÜZAKİRƏLƏR » TARİXİMİZ - QAN YADDAŞIMIZ » Qarabağ » Atama Məktub (Əsir düşmüş Qarabağdan Azərbaycan adlı Atasına Məktub)
Atama Məktub
Admin Tarix: Bazar Ertəsi, 2009-06-08, 16:05:58 | Mesaj # 1
Generallisimmus
Qrup: Administratorlar
Mesaj: 66
Status: Oflayn
Əziz ata, salam! Necəsən? Məndə hər şey həmişəki kimidir. Amma çox soyuqdur. Qış gəlib. Tezliklə qar yağacaq.Tək olanda soyuğu bərk hiss edirəm!
Ayrılığımızın 15 ili tamam oldu. Mən sənə çox yazırdım.Sənsiz keçən həyatımı sənə başa salırdım. Amma sən mənim məktublarımı almamısan. Bəlkə almısan,amma heç oxumamısan. Kim bilir, bəlkə məsləhət belə imiş. Ancaq bilirəm ki,oxusaydın vicdan əzabı çəkərdin, narahat olardın. Mən sənin oğlunam və hər şeyi başa düşürəm sənin üçün ağır olardı və yəqin ki, xoşuna gəlməzdi. Ona görə də çox vaxt susuram və özümü elə aparıram ki, guya mən hər şeyə dözə bilirəm. Həqiqətən hər şey normaldır. sən məni itirdikdən sonra, mən onların dilində danışmağı öyrənmişəm. İndi mən təkcə onların dilində danışıram. İlk zamanlar çətin idi. Mənə deyirdilər ki, ana dilini unuda bilmərəm, çünki genetik əsası var dilimizin. Ancaq o dili amansız məhv edirdin,dağıdırdın.
Ata, sən istəyirdin ki, mən çoxlu dillərdə danışa bilim. Bunu mən unutmaram. Sən o biri uşaqlarını da məcbur edirdin ki, kələ-kötür də olsa, müxtəlif dillərdə danışsınlar. Qonaqların xətrinə dəymək istəmirdin. Mən təəccüblənirdim. Öz-özümə deyirdim ki, axı niyə sən qorxmalısan qonaqlar yox? Eh…Bizdə hər şey tərsinə. Bu 15 illik ayrılıq ərzində arıqlamışam, kobudlaşmışam. O vaxtkı mehribanlığımdan əsər-əlamət qalmayıb.Kim bilir, bəlkə bu hərbi ciddilik mənə daha çox yaraşır. Mən indi kişiləşmişəm və kifirləşmişəm. Bu da əbəsdir, Ata! Heç bilmirəm nəyimə lazımdır bunlar.Kimi mən qorxuda bilərəm bu kişiliklə? Səni?
Ata, birlikdə olduğumuz günlər üçün darıxıram… Biz ayrılandan sonra mən hər gün müxtəlif yuxular görürəm. Yuxuda biz bir yerdəyik. Doğma dilimizdə danışırıq. Qəfildən oyanıram. Ruhum ağlayır, ata, Ruhum. Bilirsən, ata, mən sənə demək istəmirdim, amma mənim adımi da dəyişiblər. Bağışla, amma mənə öz adlarını veriblər.İndi mənim adım A… ilə başlayır. Yox, yox ardını yazmayacağam. Sənin xoşuna gəlməz. Sənin kefini pozmaq istəmirəm. Sənin başın vacib işlərə qarışıb, səni vacib işlərdən ayırmaq istəmirəm. Nahaq yerə bunu sənə yazdım səni vacib işlərdən ayırdım. Amma inan ürəyim bulanır! Ətrafda bircə dənə də olsun doğma adam yoxdur. Hər tərəfdə onlardır… Çalışırlar mənim ruhumu dəyişsinlər özlərinə oxşatmaq istəyirlər. Ata, mənim müqavimət göstərməyə taqətim qalmayıb. Mən susuram və bütün təhqirlərə və rəzilliklərə dözürəm.Mən öz halıma öyrəşmişəm. Bilirsən, ata, 15 il köklərimi qırıb atmağa kifayət deyil! Lakin bu köklərin üstündə yeni nəsil törətməyə 15 il yetər. Ola bilsin, biz nə vaxtsa görüşdük. Amma o vaxt sən məni tanımayacaqsan. Hərcmərclik və mənə edilən haqsızlıq mənim şüurumda dərin və silinməz iz buraxıb. Bax bunu mən sənə ata, heç vaxt bağışlamaycağam!
P.S. Axmaq suala görə üzr istəyirəm.Bəs sən məni qaytarmaq istəmirsən?
İmza: Sənin oğlun QARABAĞ


RIOCOMP
 
MÜZAKİRƏLƏR » TARİXİMİZ - QAN YADDAŞIMIZ » Qarabağ » Atama Məktub (Əsir düşmüş Qarabağdan Azərbaycan adlı Atasına Məktub)
Page 1 of 11
Search:

Copyright RIOGROUP © 2016