4 U  
Sizin Üçün
MENYU
KATEQORIYALAR
ÜMUMİ XƏBƏRLƏR [6]
MEDİA XƏBƏRLƏRİ [5]
SİYASİ XƏBƏRLƏR [1]
İQTİSADİ XƏBƏRLƏR [1]
TİBB XƏBƏRLƏRİ [0]
SATİRİK XƏBƏRLƏR [0]
İDMAN XƏBƏRLƏRİ [15]
MINI ÇAT
200
SƏSVERMƏ
Hansı klub Avropa kubokunu qazanacaq?
Bütün cavablar: 191
STATİSTİKA








Xətdə olanlar: 1
Qonaq: 1
İstifadəçi: 0


TARİX
VALYUTA MƏZƏNNƏSİ

GÜNLÜK BÜRCÜNÜZ
Günlük Burç
myhosting
Baş səhifə» 2009 » İyun » 30 » Qəbul imtahanlarında iştirak etmək üçün buraxılış vərəqələrinin verilmə tarixləri
Qəbul imtahanlarında iştirak etmək üçün buraxılış vərəqələrinin verilmə tarixləri
16:15:14

2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə qəbul imtahanlarının günləri və həmin imtahanlarda iştirak etmək üçün sənəd vermiş abituriyentlərə imtahana buraxılış vərəqəsinin verilmə tarixləri aşağıda təqdim olunur.

 III ixtisas qrupu üzrə mülki ali məktəblərə, Azərbaycan Rerspublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul imtahanı iyulun 5-də keçiriləcək. Abituriyentlər iyunun 29-dan iyulun 4-dək “İmtahana buraxılış vərəqəsi”ni “Elektron ərizə”lərini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından əldə edə bilərlər.

 I ixtisas qrupu üzrə mülki ali məktəblərə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəblərinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və Bakı Yanğın -Texniki Məktəbinə qəbul imtahanı iyulun 12-də keçiriləcək. Abituriyentlər iyulun 6-dan iyulun 11-dək “İmtahana buraxılış vərəqəsi”ni “Elektron ərizə”lərini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından əldə edə bilərlər.

 IV ixtisas qrupu üzrə mülki ali məktəblərə, Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı iyulun 18-də keçiriləcək. Abituriyentlər iyulun 13-dən iyulun 17-dək “İmtahana buraxılış vərəqəsi”ni “Elektron ərizə”lərini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından əldə edə bilərlər.

 II ixtisas qrupu üzrə mülki ali məktəblərə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul imtahanı iyulun 24-də keçiriləcək. Abituriyentlər iyulun 20-dən iyulun 23-dək “İmtahana buraxılış vərəqəsi”ni “Elektron ərizə”lərini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından əldə edə bilərlər.

TQDK orta məktəblərin builki məzunlarının nəzərinə çatdırır ki, onlar attestat aldıqdan dərhal sonra mütləq internet vasitəsilə “Elektron ərizə”lərinə daxil olub attestat qiymətlərini daxil etməlidirlər.

Qeyd: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni almaq üçün Sənəd Qəbulu Komissiyasına şəxsiyyət vəsiqəsini, ödəmə kartını və SQK tərəfindən təsdiq olunmuş “Elektron ərizəsi”nin kağız formasını təqdim etməlidirlər. Cari ilin məzunları qeyd olunan sənədlərlə yanaşı “İmtahana buraxılış vərəqəsi”ni almaq üçün Sənəd Qəbulu Komissiyasına orta təhsil haqqında sənədin əslini (attestat) təqdim etməlidirlər. Orta təhsil haqqında sənədin əslini (attestat) təqdim etməyən builki məzunlara “İmtahana buraxılış vərəqəsi” verilməyəcək.

Məlumat TQDK-nın rəsmi saytından götürülmüşdür. www.tqdk.gov.az

Kateqoriya: ÜMUMİ XƏBƏRLƏR | Baxılanlar: 1677 | Əlavə Etdi: Admin | Reytinq: 0.0/0 |
Bütün Şərhlər: 0
Only registered users can add comments.
[ Registration | Login ]
DAXİL OL
TƏQVİM
«  İyun 2009  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
AXTAR
ARXİV
SON XƏBƏRLƏR

XƏBƏRLƏR



DOSTLAR
  • http://riocomp.at.ua/
  • Livescore
  • //sizin.ucoz.net/







  • Kataloq

    WOlist.ru - каталог качественных сайтов Рунета







    TOP100ADD.COM - ADD YOUR SITE, BOOST YOUR TRAFFIC.

    Search Engine Optimization


    QAMAZAN BAYRAMI
    NAMAZ VAXTLARI
    VİRUS XƏBƏRLƏRİ
    ADMİNLƏ ƏLAQƏ

    ADMİN:
    RÖVŞƏN

    MSN:
    srio@hotmail.co.uk

    Copyright RIOGROUP © 2024