4 U  
Sizin Üçün
MENYU
KATEQORIYALAR
ÜMUMİ XƏBƏRLƏR [6]
MEDİA XƏBƏRLƏRİ [5]
SİYASİ XƏBƏRLƏR [1]
İQTİSADİ XƏBƏRLƏR [1]
TİBB XƏBƏRLƏRİ [0]
SATİRİK XƏBƏRLƏR [0]
İDMAN XƏBƏRLƏRİ [15]
MINI ÇAT
200
SƏSVERMƏ
Hansı klub Avropa kubokunu qazanacaq?
Bütün cavablar: 191
STATİSTİKA








Xətdə olanlar: 1
Qonaq: 1
İstifadəçi: 0


TARİX
VALYUTA MƏZƏNNƏSİ

GÜNLÜK BÜRCÜNÜZ
Günlük Burç
myhosting
Baş səhifə» 2009 » İyul » 10 » «YAŞIL» VƏ «ŞƏRQ» BAZARLARI DA KÖÇÜRÜLƏCƏK
«YAŞIL» VƏ «ŞƏRQ» BAZARLARI DA KÖÇÜRÜLƏCƏK
16:59:07
Bakıda avtomobil yollarının yenidən qurulması ilə əlaqədar yaxın aylarda Nərimanov rayonu ərazisindəki «Yaşıl» və «Şərq» bazarları da köçürüləcək. Bu barədə «Yeni Müsavat»a Bakı Şəhər İcra Hakimiyyətindəki (BŞİH) mənbəmiz məlumat verib. Onun sözlərinə görə, hər iki bazarın köçürülməsi paytaxtın yenidən qurulması və abadlaşdırılması ilə bağlıdır: «Son illər maşın və adam əlindən adıçəkilən ticarət mərkəzlərinin qarşısından keçmək mümkün deyil. İnsanlar saatlarla tıxaclarda qalır. Post Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb edilsə də, vəziyyəti düzəltmək mümkün deyil. Demək olar, hər gün yarmarkaların yerləşdiyi ərazidə xoşagəlməz hadisələr baş verir.
Bundan əlavə, «Yaşıl bazar»a tonlarla gətirilən kənd təsərrüfatı məhsulları istər-istəməz ərazini çirkləndirir. Təbii ki, şəhərin mərkəzindəki bu cür vəziyyət yuxarı orqanları narahat etməyə bilməzdi. Elə bu səbəbdən, adıçəkilən ticarət mərkəzlərinin köçürülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbova qəti tapşırıq verilib".
Mənbənin fikrincə, son ildə «Yaşıl bazar»ın bağlanmasına bir neçə dəfə təşəbbüs göstərilib: «2000-ci ildə bazarın qapadılması təşəbbüsü ilə Bakıya yeni mer təyin edilmiş Hacıbala Avutalıbov çıxış edib. O, hətta bazarı antisanitariya mənbəyi kimi sökdürmək qərarına gəlib və əraziyə ağır texnika göndərib. Amma aparılan danışıqlar nəticəsində o vaxt bazara nəzarət edən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə dil tapıb. Daha dəqiq desək, nazir tabeçiliyindəki «Şərq bazarı»nı Hacıbala müəllimə bağışlayıb. Hazırda bazarı merin Heydər adlı kürəkəni fırladır. Fərhad Əliyev vurulduqdan sonra isə «Yaşıl bazar» onun həmyerlisi, hazırda əmlak məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun tabeçiliyindədir".
Əldə etdiyimiz məlumata görə, həqiqətən «8-ci kilometr» bazarındakı sənaye yarmarkası və «Yaşıl bazar» K.Həsənovun kurasiyasındadır. Amma paytaxt yollarının yenidən qurulması və təmiri Nəqliyyat Nazirliyinə həvalə edildiyindən, sonradan vəziyyət kökündən dəyişib. Belə ki, şəhərdə avtomobil tıxaclarının aradan qaldırılması məqsədi ilə iri ticarət mərkəzlərinin yerinin dəyişdirilməsi zərurəti meydana çıxıb. Artıq bununla bağlı xüsusi proqram da hazırlanıb. Proqrama əsasən, Bakıda maşınların hərəkətinə ciddi maneə olan «8-ci kilometr», «Xalqlar Dostluğu», «Laçın», «Yaşıl bazar», «Şərq bazarı» kimi ticarət mərkəzləri paytaxtın müxtəlif ərazilərinə köçürüləcək.

"YENI MUSAVAT"
Kateqoriya: İQTİSADİ XƏBƏRLƏR | Baxılanlar: 1425 | Əlavə Etdi: Admin | Reytinq: 0.0/0 |
Bütün Şərhlər: 0
Only registered users can add comments.
[ Registration | Login ]
DAXİL OL
TƏQVİM
«  İyul 2009  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
AXTAR
ARXİV
SON XƏBƏRLƏR

XƏBƏRLƏR



DOSTLAR
  • http://riocomp.at.ua/
  • Livescore
  • //sizin.ucoz.net/







  • Kataloq

    WOlist.ru - каталог качественных сайтов Рунета







    TOP100ADD.COM - ADD YOUR SITE, BOOST YOUR TRAFFIC.

    Search Engine Optimization


    QAMAZAN BAYRAMI
    NAMAZ VAXTLARI
    VİRUS XƏBƏRLƏRİ
    ADMİNLƏ ƏLAQƏ

    ADMİN:
    RÖVŞƏN

    MSN:
    srio@hotmail.co.uk

    Copyright RIOGROUP © 2024