"Qarabağ"ın forvardı Vaqif Cavadov qışda "Tvente"yə keçəcək.
Fanat.az azerisport.com saytına istinadən xəbər verir ki, Azərbaycan və
Hollandiya klublarının prezidentləri Cavadovun transferi ilə bağlı
müzakirələr aparıb. Məlumata görə, tərəflər arasında razılıq əldə
olunub. İndi transfer pəncərəsi bağlı olduğundan milli forvardın keçidi
qışa qədər təxirə salınıb.
Lakin "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Fanat.az-a
açıqlamasında xəbəri təkzib etdi. Klub rəsmisi belə bir razılaşmanın
olmadığını və Hollandiya klubundan rəsmi təklif almadıqlarını bildirdi.
Qeyd edək ki, "Qarabağ"la "Tvente" Avropa Liqasının pley-off
mərhələsində qarşılaşıb (1:3, 0:0). Bu oyunlardan sonra rəqib
komandanın baş məşqçisi Stiv Maklaren Cavadovun oyununu tərifləmişdi. Mənbə: http://news.qaynar.info/30780.html
|