Admin |
Tarix: Bazar, 2009-06-07, 00:16:20 | Mesaj # 1 |
Generallisimmus
Qrup: Administratorlar
Mesaj: 66
Status: Oflayn |
Azan - Azan səsi eşitmək, müvəffəqiyyət sağlamlıq və xoşbəxtlik deməkdir. Alma - Alma bolluğa, bərəkətə, və pula işarədir. Almaz - Yuxuda almaz bəxtinin yaxşı olduğuna yozulur. Avtomobil - Avtomobilə minmək işlərinizin uğurlu olacağına və səfərə çıxacağınıza işarədir. Abajur - Yaxın gələcəkdə işdən maddi qazanc əldə edəcəyini, faydalı işə başlayacağinı ifadə edir. Acı - Yuxuda acı şey yemək, birdən sevinmək deməkdir Acmaq - Yuxuda acmaq və doyana qədər yemək xəstəlikdən xilas olmağa və bolluğa işarədir. Acgözlük - Yuxuda acgözlük etdiyini görmək, içinizdəki hüzndən xilas ola bilməyəcəyinizə işarədir. Aclıq - Yuxuda aclıq çəkmək, maddi mövzularda qazanc təmin edəcəyini ifadə edir. Açılış - Yuxuda açılışda olmaq və ya açılışa dəvət edilmək sevincli xəbərə işarədir. Ada - Qayalıqlarla əhatələnmiş ada təkliyə, yaşıl ada xeyirli nemətə, insanların yaşadığı ada dinc və sonu gözəl olan həyata işarədir. Adam - Yuxuda tanımadığınız adam ilə danışmaq, yeni və yaxşı yoldaşlığı göstərir. Adəm peyğəmbər - Yuxuda Adəm peyğəmbəri görmək arzunuzun reallaşacağını ifadə edir. Adını eşitmək - Yuxuda adınızı eşitmək və ya adınızla çağrılmaq, sizi sevindirəcək gözəl xəbərin müjdəsidir. Ağac - Yuxuda meyvə ağacı görmək, arzuların reallaşacağına və maddi qazanca işarədir. Ağlamaq - Əksinə yozularaq sevinəcəyinizin işarəsidir. Ağrı - Sevgiliniz sizi xəyal qırıqlığına uğradıb ürəyinizi qıra bilər. Axirət - Yuxuda axirətə getmək, uzun və faydalı səfəri ifadə edir. Ailə - Yuxusunda ailəsiylə birlikdə oturduğunu görənin gücü artar. Axar su - Hər hansı su axıntısı görmək, maddi qazanca işarədir. Akasiya - Yaxşı xəbər alınacağına işarədir. Akardion - Xoşbəxt günlərin yaxında olmasına işarədir. Aktyor - Yuxuda aktyor görmək xoşbəxtlik müjdəsidir, özünün və ya yaxınının dövlət və ya təşkilatdan hər hansı qazanc əldə edəcəyinə işarədir. Alabalıq - Yuxuda alabalıq ilə əlaqədar hər hansı bir şey görmək, heç gözləmədiyiniz anda ortaya çıxan maddi və ya mənəvi qazancları ifadə edir. Albom - Alboma fotoşəkil taxdığını görən keçmişdən aldığı dərs sayəsində daha diqqətli davranacaq. Alov - Yuxuda alov görmək, əvvəldən pis gedən işin zamanla düzələcəyi deməkdir.
RIOCOMP |
|
| |