4 U  
Sizin Üçün
[Yeni Mesajlar· İştirakçılar· Forum Qaydaları· Axtar· RSS ]
  • Page 1 of 1
  • 1
AĞDAM BARƏDƏ BİLMƏDİKLƏRİMİZ...
Admin Tarix: Cümə, 2009-07-31, 22:03:44 | Mesaj # 1
Generallisimmus
Qrup: Administratorlar
Mesaj: 66
Status: Oflayn
Tarix

Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun sahəsi 1094 kvadrat km olmaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerləyrdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.

Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olmuşdur.

Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kvadrat km-ni, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu.

Tarixi və Memarlıq abidələri

Ağdam rayonunun ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri vardır. Ağdam şəhərində Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Künbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri var.

Ermənistanın işğalı nəticəsində dağıdılmış abidələr

Erməni işğalı nəticəsində rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr vəhşicəsinə dağıdılmışdır. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid kümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun Türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılmışdır.

Qəsəbələr və kəndlər

Quzanlı, İmanqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Usublu, Ballar, Baharlı, Orta Qışlaq, Böyükbəyli, Qaradağlı (Ağdam), Rzalar, Evoğlu (Ağdam), Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Həsənçobanlı, Hacıturalı, Qəhrəmanbəyli, Məmmədbağırlı. Çəmənli, Şükürağalı, Saraclı, Xındırıstan, Sarıçoban, Dadaşlar, Kəlbahüseynli, Paşabəyli, Yüzbaşılı-I,Yüzbaşılı-II, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qorvənd, Çıraqlı, Əhmədağalı, Mirəşəlli, Kolqıslaq, Nəmirli, Təzəkənd (Ağdam), Mərzili, Seyidli, Ergi, Sofulu, Qarapirimli,Əhmədavar, Şelli, Sarıcalı (Ağdam), Xıdırlı, Əlmədətli, Bağbanlı (Ağdam), Gülablı, Seyidli, Papravənd, Yusifcanlı, Tağıbəyli, Cəvahirli, Bayramlar (Ağdam),Ətyeməzli

Görkəmli şəxslər haqqında

Tarixən Ağdam rayonundan bir sıra görkəmli şəxslər çıxmışdır. Elm sahəsində: fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, iqtisad elmləri doktoru Teymur Vəliyev, tarix elmləri doktoru Rəşid Göyüşov, tibb elmləri doktoru Adilə Namazova, minerologiya elmləri doktoru Xudu Məmmədov; kənd təsərrüfatı sahəsində: Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimova, Məmməd Məmmədov, Xuraman Abbasova, Məleykə Quliyeva və başqaları; Mədəniyyət və incəsənət sahəsində: teatr xadimlərindən Heydər Şəmsizadə, Narıc Məlikova, Məhəmməd Quliyev, Sara Qədimova, Arif Babayev, Qədir Rüstəmov, Ramiz Quliyev; idman sahəsində: Ceyhun Məmmədov və başqalarını göstərmək olar.Sovetlər dövründə Dövlət xadimləri.Bahadır VəlibəyovAğsaqqallar.İldırım bəy VəlibəyovMaarif xadimləri və müəllimlər.Səfərəli bəy Vəlibəyov,Surxay Qurbanov


RIOCOMP
 
Admin Tarix: Cümə, 2009-07-31, 22:17:07 | Mesaj # 2
Generallisimmus
Qrup: Administratorlar
Mesaj: 66
Status: Oflayn
SİZ NƏYİ BİLİRSİNİZ?[/color][/b]

RIOCOMP
 
  • Page 1 of 1
  • 1
Search:

Copyright RIOGROUP © 2024