Atama Məktub - ardi - MÜZAKİRƏLƏR
4 U  
Sizin Üçün
[Yeni Mesajlar· İştirakçılar· Forum Qaydaları· Axtar· RSS ]
Page 1 of 11
MÜZAKİRƏLƏR » TARİXİMİZ - QAN YADDAŞIMIZ » Qarabağ » Atama Məktub - ardi (Əsir düşmüş Qarabağdan Azərbaycan adlı Atasına Məktub)
Atama Məktub - ardi
Admin Tarix: Bazar Ertəsi, 2009-06-08, 16:05:15 | Mesaj # 1
Generallisimmus
Qrup: Administratorlar
Mesaj: 66
Status: Oflayn
Həəə… BU gün də Ağdamın işğalından 15 il keçir. Nece deyerler DÜSMƏN UNUDULUR RƏQƏM ƏZBƏRLƏNİR. Bəs yaxşı görəsən heç olmasa nə qədər azərbaycanlı bu günü Ağdamın işğalı günü kimi bilir.Deyesen heç rəqəm də əzbərlənmir.Yaxşı onda heç olmasa bunları bilək:
1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun əksər hissəsini zəbt ediblər.
Ağdam rayonu Azərbaycan respublikasında inzibati rayondur. 1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal- şərq ətəklərində, Kür - Araz ovalığının qərbindədir. Sahəsi 1094 km2, əhalisi 101.6 min nəfərdir. Rayonda 1 şəhər, 119 kənd və qəsəbə var. Mərkəzi Ağdam şəhəridir.
Ağdam rayonunun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub- qərbdən şimal-şərqə doğru tədricən alçalır.Rayonun cənub-qərbində Qarabağ silsiləsinin şimal burnunun maksimum hündürlüyü 1365 metrə çatır. Rayonun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır.Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları var. İqlimi, əsasən mülayim isti və quraq subtropikdir.
Əhalisinin orta sıxlığı 1km2-də 92.9 nəfərdir. Ağdam şəhərində, Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı iri yaşayış məntəqələridir.
Ağdam rayonu yeni yaradılmış olan ağır,yeyinti ,yüngül sənaye və inkişaf etmiş kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatında pambıqçılıq, üzümçülük, heyvandarlıq və taxılçılıq mühüm yer tutur.
Ağdam rayonu ərazisindən Yevlax - Laçın - Naxçıvan , Ağdərə - Füzuli magistral şose yolları keçir.
Rayonda 34 uşaq bağçası və körpələr evi var idi. 89 ümumtəhsil məktəbində (16 ibtidai, 36 səkkizillik, 37 orta) 30 086; 4 fəhlə gənclər; 1 qiyabi orta; 2 kəndli gənclər məktəbində 1201 nəfər, 4 orta ixtisas təhsili məktəbində (k.t, k.t-nın mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəbləri) 1269 şagird təhsil alırdı. Dram teatrı, Ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi.
Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki türbə (14 əsr ) rayonun ən qədim memarlıq abidələridir. Papravənd kəndində 18-ci əsrə aid 2 türbə, məscid və s. var.
Ağdam şəhəri 80 kəndlə bir yerdə işğal altındadır. 130 minə yaxın ağdamlı indi məcburi köçkündür. Ağdam uğrunda döyüşlərdə Azərbaycan tərəfdən 6 mindən çox adam həlak olub.
İşğal nəticəsində rayona 13 milyard ABŞ dollarından çox ziyan dəyib.
Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.


RIOCOMP
 
MÜZAKİRƏLƏR » TARİXİMİZ - QAN YADDAŞIMIZ » Qarabağ » Atama Məktub - ardi (Əsir düşmüş Qarabağdan Azərbaycan adlı Atasına Məktub)
Page 1 of 11
Search:

Copyright RIOGROUP © 2016