4 U  
Sizin Üçün
[Yeni Mesajlar· İştirakçılar· Forum Qaydaları· Axtar· RSS ]
  • Page 1 of 1
  • 1
MÜZAKİRƏLƏR » ƏYLƏNCƏ VƏ İSTİRAHƏT » Yuxu Yozma » - A 2 - (Yuxu Yozma - A)
- A 2 -
Admin Tarix: Bazar, 2009-06-07, 00:15:23 | Mesaj # 1
Generallisimmus
Qrup: Administratorlar
Mesaj: 66
Status: Oflayn
Alver - Qazanclı dövrə girildiyini ifadə edir.
Açar - Yuxuda açar itirmə, kişilər üçün ev dəyişikliyinə, qadınlar üçünsə ailə həyatında çətinliyə işarədir.
Ana - Yaxşı və qazanclı günləri ifadə edir.
Antikvar əşya - Sevdiklərinizlə birlikdə uzun və xoşbəxt həyat sürəcəksiniz mənasını daşıyır.
Axtarmaq - Əgər yuxuda axtarılan şey tapılsa, keçmişdə səhv səbəbindən itirilənlərə yenidən qovuşmağa, tapılamazsa, çətinliklərin bir müddət də sürəcəyi mənasındadır.
Arı - Bərəkət, müvəffəqiyyət və xoşbəxtliyin müjdəsidir.
Armud - Mövsümsüz armud yediyinizi görmüsünüzsə, haram mal qazana bilər ya da xəstəliyə tutula bilərsiniz.
Arpa - Arpa yemək yoldaşlarınızla döyüşəcəyinizə, arpa çörəyi zənginliyə, arpa tarlası, qismətə və bolluğa yaş arpa, çox qazanca, arpa biçməksə həccə getməyə yozulur.
Aşpaz - Bolluq, rahatlıq və xoşbəxtliyə işarədir.
At arabası - At arabasına minmək, ötəri xəstəliyə tutulacağınız mənası daşıyır.
At - Yuxuda hər hansı şəkildə at görmək, yaxşıya işarədir.
Atlas parça - Əvvəl başladığınız işi müvəffəqiyyətlə bitirəcəksiniz.
Atelye - Yeni işə girəcəksiniz və əzminizlə müvəffəqiyyət qazanacaqsınız deməkdir.
Ayaq - Bol qazanclı işə, sağlam və ağıllı düşüncələrə, əzmli və səbrli davranışlara işarədir.
Ayaqqabı - Yeni ayaqqabı almaq və ya ayaqqabı itirmək, pis günlərin əlamətidir.
Ayı - Çətinlik mənasını daşıyır. Ayı öldürmək, çətinliklərdən xilas olacağınız mənasını verir.
Ayrılıq - Yuxuda sevdiyiniz birindən ayrıldığınızı görməniz, çətinliklərlə qarşı-qarşıya olmanızın müjdəsidir.
Ay - İş həyatında bəzi dəyişikliklər olacaq deməkdir.
Ayna - Yuxuda ayna silmək məşhur olmağa, yumru ayna dedi-qodular səbəbindən kədərlənməyə, çərçivəli ayna pul itkisinə, qırıq ayna yoldaşın ölümünə, aynanın itməsi böyük pullar qazanmağa işarədir.
Ata - Problemlərin öhdəsindən gəlinəcəyinə işarədir. Yuxusunda atasını görən adam güc tapar.
Ağartı - Ağartı problemlərin həlli və rahat həyat mənasını verir.
Avtobus - Yuxuda avtobus görmək, uzun müddətdir görüşə bilmədiyiniz köhnə dostlarınızla görüşəcəyinizi bildirir.
Avtomobil - Yuxuda avtomobili süemək, həyatınızı istədiyiniz kimi yaşaya biləcəyinizə işarədir.
Araq - Yuxuda araq içmək , qarşınıza çıxan fürsətləri yaxşı qiymətləndirin deməkdir.
Ad günü - Ad günü xeyirə yozulmaz - kasıbçılıq mənasındadır.
Alt paltar - Yuxuda alt paltar görmək çox qiymətli hədiyyə deməkdir.
Arı şanı - Böyük müvəffəqiyyətə işarədir.
Albalı - Yuxuda albalı ağacı görmək, sizin və yaxınlarınızın xoşbəxt günlər keçirəcəyinə, sağlamlığınızın tamamilə düzələcəyinə işarədir.
Ağcaqanad - Yuxuda ağcaqanad görən adam yoluxucu xəstəliyə tutular.
Adamyeyən - Yuxuda adamyeyən görmək, yaxşı niyyətli yeni insanlarla tanış olacağınıza işarədir.


RIOCOMP
 
MÜZAKİRƏLƏR » ƏYLƏNCƏ VƏ İSTİRAHƏT » Yuxu Yozma » - A 2 - (Yuxu Yozma - A)
  • Page 1 of 1
  • 1
Search:

Copyright RIOGROUP © 2024