4 U  
Sizin Üçün
MENYU
KATEQORIYALAR
ÜMUMİ XƏBƏRLƏR [6]
MEDİA XƏBƏRLƏRİ [5]
SİYASİ XƏBƏRLƏR [1]
İQTİSADİ XƏBƏRLƏR [1]
TİBB XƏBƏRLƏRİ [0]
SATİRİK XƏBƏRLƏR [0]
İDMAN XƏBƏRLƏRİ [15]
MINI ÇAT
200
SƏSVERMƏ
Hansı klub Avropa kubokunu qazanacaq?
Bütün cavablar: 191
STATİSTİKA








Xətdə olanlar: 1
Qonaq: 1
İstifadəçi: 0


TARİX
VALYUTA MƏZƏNNƏSİ

GÜNLÜK BÜRCÜNÜZ
Günlük Burç
myhosting
Baş səhifə» 2009 » Avqust » 13 » MÜQƏDDƏS KƏBƏ HAQQINDA BİLMƏDİKLƏRİMİZ
MÜQƏDDƏS KƏBƏ HAQQINDA BİLMƏDİKLƏRİMİZ
14:51:57

İlk İbadət Evi

Çox qədim zamanlardan Məkkə şəhərində yerləşən və müsəlmanların qibləsi sayılan Kəbə Evi çoxsaylı insanların müqəddəs ziyarətgahı olub. Bu müqəddəs ocaq Yer üzündə tikilmiş ilk ibadət evidir. "Ali-İmran" surəsinin 96-cı ayəsindən göründüyü kimi, Kəbə ibadət və Tanrıya tapınmaq üçün tikilmiş ilk evdir:
"Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır".

Kəbənin tikilməsi

Belə bir rəvayət söylənilir: Adəm (s.ə.s) və Həvva Cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salınmışlar. Adəm Şri-Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir. Adəm ilə Həvva yalnız 200 ildən sonra Məkkə ərazisində bir-birinə yenidən qovuşmuşlar. Uzun ayrılıqdan sonra onlar ilk dəfə Ərəfat dağında bir-birilə tapışır. Lakin Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı. Nəhayət, Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirtmişdir. Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur. O, haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür. Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə evini tikmişdir. Nuh Peyğəmbərin (s.ə.s) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır.
Rəvayətə görə, Həzrət İbrahim Peyğəmbər (s.ə.s) xanımı Hacərin ölümündən sonra tez-tez Məkkə ətrafına səfər edib orada qalırdı. Növbəti səfərlərinin birində Allah ona Adəmin məbədinin yerində Kəbə Evini tikib bərpa etməyi buyurur. Bu yeri İbrahim Peyğəmbərə Mələk Cəbrail göstərmişdir və o, Kəbə Evinin tikilməsində İbrahim və onun oğlu İsmayıla kömək etmişdir. Bununla da ilk insan - Həzrət Adəmin ucaltdığı ibadət ocağı yenidən bərpa edilmişdir.

Kəbə olduğu kimi

"Kəbə" ərəb dilində "kub" deməkdir. Sahəsi: 10x12 metr, hündürlüyü isə 15 metrə yaxındır. Kəbənin qapısı təmiz qızıldandır və çəkisi 286 kiloqramdır. Kəbə qara ipəkdən olan parça ilə örtülüdür. Bu örtük ildə bir dəfə dəyişdirilir. Qapını örtən örtüyün üzərində Qurani-Kərimdən kəlamlar var.

Tarixdə Kəbə

Qədim zamanlardan müxtəlif tayfalar Kəbə Evini özləri üçün bütxanaya çevirmişlər. Məbədin içərisində yüzlərlə büt var idi. Onların arasında İbrahim Peyğəmbərin və İsa Peyğəmbəri (s.ə.s) əllərində saxlayan Məryəm Ananın şəkli də var idi.
Məkkənin fəthi zamanı Kəbədəki bütlər Peyğəmbər tərəfindən məhv edildi. Burada yalnız Kəbə Evinə yapışdırılmış Qara daşı saxladılar. Kəbə bütün müsəlmanların ibadətgahı elan edildi. Oranı ziyarət etmək isə İslamın başlıca şərtlərindən biri oldu.
Beləliklə, İslam sivilizasiyasının ərsəyə gəldiyi ilk vaxtlardan - 632-ci ildən başlayaraq Məkkəni və oradakı ən qədim ibadət ocağı olan Kəbə Evini ziyarət etmək mərasimi müsəlmanlar tərəfindən daha geniş icra edilməyə başlanmışdır. Bu ayin Həcc ziyarəti adı ilə məşhurdur. Allah"Ali-İmran" surəsinin 96-97-ci ayələrində buyurur:
"Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur".

Meteorit, yoxsa cənnət bağından endirilən daş?

Bir sıra alimlər belə hesab edirlər ki, Kəbədəki Qara daş möhkəm energetikaya malik meteoritdir. Bəzi alimlər isə belə fikir irəli sürür ki, bu daşda çatlar olduğu üçün o, dəmir deyil. Digər tərəfdən, suda batmadığına görə, daş meteorit ola bilməz. Analoci arqumentlər bu daşın meteorit olmamasını, məsələn, bazalt və ya əqiq olmasını da inkar edir.
Geoloqlar Qara daşın meteorit olduğunu iddia etsələr də, bəzi inanclı müsəlmanlar bu daşın səmadan, cənnət bağlarından endirildiyinə inanır. Onlar bu daşın Həzrət Adəmə Cənnətdən qovulduqdan sonra günahlarının təmizlənməsi üçün göndərildiyini düşünür.

Kəbə-Qiblə

Tarixi məlumatlara görə, Məhəmməd Peyğəmbər hələ hicrətdə - Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki, müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər. Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı üzlərini Beytül-Müqəddəsə, Qüds şəhərinə tuturdular.
Buna dair Allah-Təala "Bəqərə" surəsinin 149-cu ayəsində belə buyurmuşdur:
"Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!.."

Kəbə və Məkkə bütün qurunun mərkəzidir

Misir mütəxəssisi, Qahirə Universitetinin professoru doktor Hüseyn Kəmaləddin elmi olaraq sübut etmişdir ki, vulkanik fəaliyyət nəticəsində ilk dəfə quru məkan məhz Kəbənin olduğu yerdə yaranıb. Həmin vaxta qədər isə bütün planet su ilə örtülmüşdür. Quru ərazilər buradan yayılmağa, genişlənməyə başlanmışdır. Uzun araşdırmalar nəticəsində 1977-ci ildə Kəbə və Məkkənin bütün quru ərazilərin mərkəzi olduğu rəsmi surətdə sübut edilmişdir. Məlum olmuşdur ki, Kəbənin dayandığı nöqtədə Yerin maqnit mərkəzi yerləşir. Maraqlıdır ki, Yerin maqnit qütbləri dəyişdiyi halda, Kəbədəki maqnit mərkəzi əvvəlki kimi qalır. Bu, dünyanın hər bir nöqtəsindən Kəbəyə olan istiqaməti (qibləni) ölçəndə müəyyən olunmuşdur. Alimlərin təəccübünə səbəb olan fakt bu olmuşdur ki, qiblə maqnit xətlərin (onlar bütün istiqamətlərdən Məkkəyə, Kəbəyə yönəlir) istiqaməti ilə üst-üstə düşür. Bundan başqa, Hüseyn Kəmaləddin müəyyən etmişdir ki, Yerin həqiqi maqnit meridianı hər kəsin düşündüyü kimi, İngiltərədən, Qrinviç şəhərindən deyil, Məkkədən keçir. Məlum olmuşdur ki, Qrinviç meridianı maqnit qütblərin dəyişməsi ilə yerini dəyişir, lakin Kəbədən keçən meridian öz yerində qalır. Belə ki, Yerin maqnit oxu məhz Kəbədən keçir.
Bir maraqlı faktı da nəzərinizə çatdırmaq istərdik. Elmi olaraq sübut edilmişdir ki, insan bədənində maqnit meridianlar mövcuddur. Bu meridianların Yerin maqnit xətləri ilə üst-üstə düşüb-düşməməsindən asılı olaraq, insan orqanizminə müsbət və ya mənfi təsir olunur. Bəlkə də bu, namaz qılarkən üzü qibləyə tərəf dayanmağın səbəblərindən biridir. Məlumdur ki, Peyğəmbərimiz mümkün qədər çox üzüqibləyə dayanmağa çalışardı; harada olur-olsun, nə etdiyindən asılı olmayaraq, məsələn, moizə və ya dua edərkən, dəstəmaz alarkən, hətta yatdığı zaman üzüqibləyə - Kəbə Evinə doğru yönələrdi.

Zəm-zəm çeşməsi

Kəbənin qapısı ilə üzbəüz müqəddəs Zəm-zəm çeşməsi yerləşir. Həzrət İbrahimin Hicazda qoyub-getdiyi körpəsi İsmayıl və onun anası Hacər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermişdir. Körpə susuzluğa dözməyib ağlayır, ayaqlarını yerə döyürdü. Və elə bu zaman onun ayaqları altından su fəvvarə vurmuşdur. Çeşmənin suyu şəfaverici sayıldığı üçün, Kəbə Evinə gələn zəvvarlar, adətən, xüsusi qablarda Zəm-zəm suyunu özləri ilə vətənlərinə aparırlar.

QARA DAŞ

İndi həmin Qara daş Kəbənin cənub-qərb küncündə yerləşir. Bəzi rəvayətlərə görə, daş əvvəl ağ rəngdə olub və bir çox günahkar insanların ona toxunması nəticəsində zaman keçdikcə qaralıb. Zəvvarlar Həcc mövsümündə bu daşı öpməyə cəhd edirlər. Buna nail olmadıqda, heç olmasa, ona toxunmağı özlərinə şərəf hesab edirlər.
Maraqlıdır ki, 930-cu ildə Bəhreyndə məskunlaşmış kərmətilər Qara daşı oğurlayıbmışlar. Yalnız 951-ci ildə bu daş yenidən Məkkəyə qaytarılmışdır.
Kəbə iki dəfə yanmış, 1626-cı ildə isə Məkkəni sel basdıqda, suda batmışdır. Bu bədbəxt hadisələrdən sonra Qara daş 15 parçaya bölünmüşdür. İndi bu hissələr sement məhlulu ilə birləşdirilib və gümüş çərçivəyə salınıb. Daşın görünən hissəsi, təxminən, 16,5x20 sm-dir.

Kateqoriya: ÜMUMİ XƏBƏRLƏR | Baxılanlar: 1512 | Əlavə Etdi: Admin | Reytinq: 5.0/1 |
Bütün Şərhlər: 1
0  
1 Admin   (2009-08-13 14:57:25) [Daxil Et]
Çox maraqlı məlumatdır. Bunların bəzilərini eşitmişdim. Amma indi bildiklərimi daha da genişləndirməyə nail oldum.

Only registered users can add comments.
[ Registration | Login ]
DAXİL OL
TƏQVİM
«  Avqust 2009  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
AXTAR
ARXİV
SON XƏBƏRLƏR

XƏBƏRLƏR



DOSTLAR
  • http://riocomp.at.ua/
  • Livescore
  • //sizin.ucoz.net/







  • Kataloq

    WOlist.ru - каталог качественных сайтов Рунета







    TOP100ADD.COM - ADD YOUR SITE, BOOST YOUR TRAFFIC.

    Search Engine Optimization


    QAMAZAN BAYRAMI
    NAMAZ VAXTLARI
    VİRUS XƏBƏRLƏRİ
    ADMİNLƏ ƏLAQƏ

    ADMİN:
    RÖVŞƏN

    MSN:
    srio@hotmail.co.uk

    Copyright RIOGROUP © 2024